📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin prezidentlik dövrü başa çatıbmı?

2024-05-21 17:32:23

Zelenskinin prezidentlik dövrü başa çatıbmı?

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski prezidentlik müddətinin hələ başa çatmadığını bəyan edib. 
Radanın deputatı Aleksandr Dubinski bəyan edib ki, Ukrayna Konstitusiyasına görə, 2019-ci ildə seçilən Vladimir Zelenskinin prezidentlik müddəti 2024-cü il mayın 21-nə keçən gecə başa çatır. Hərbi vəziyyətlə əlaqədar Kiyev prezident seçkiləri keçirməkdən imtina edib. Ölkənin hüquq sistemi isə belə şəraitdə tək parlament seçkilərinin keçirilməsini qadağan edir.
Zelenski "Röyter" agentliyinə müsahibəsində dövlət başçısı postunda səlahiyyət müddətinin hələ bitmədiyini bildirib: "Mənim prezident postundakı 5 ilim hələ başa çatmayıb. Hərbi vəziyyətlə əlaqədar davam edir".


Hürr Tərcüman