📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin "qələbə planı" gizli saxlanılacaq- Yermak açıqladı

2024-09-30 10:46:09

Zelenskinin

"Ukraynalılara Zelenskinin "qələbə planı"nın artıq amerikalılara məlum olan gizli məqamları göstərilməyəcək".

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. 

Onun sözlərinə görə, planın ABŞ-da təqdimatından sonra o, Ukrayna cəmiyyətinə göstəriləcək. Bununla belə, bəzi müddəalar bağlı qalacaq.

“İctimaiyyətə çıxan hər şeyi təkcə biz deyil, düşmən də eşidir. Və buna görə də, təbii ki, bu planın bəzi təfərrüatları bağlı saxlanılacaq. Ancaq bilirsiniz ki, bu planın düşmən ərazisində həyata keçirilməsi vacibdir”, - deyə Ukrayna prezidentinin ofisinin rəhbəri bildirib./Musavat.com/