📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin səfəri ilə əlaqədar Romada polis göyə çıxdı

2023-05-13 09:23:00

Zelenskinin səfəri ilə əlaqədar Romada polis göyə çıxdı

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri ilə əlaqədar Roma hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirir.

Bu barədə məlumatı “La Republika” (La Repubblica) nəşri yayıb.

Roma şəhərinin üzərindəki hava məkanı bağlı olacaq. Nəşrin yazdığına görə, İtaliya patyaxtının səmasına polis vertolyotları nəzarət edəcək. Dəmiryolu vağzallarında və hava limanlarında yoxlamalar gücləndiriləcək. Şəhərin tarixi mərkəzi qapalı olacaq.

Zelenskinin İtaliyaya mayın 13-də səhərin erkən saatlarında təşrif buyuracağı və İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşəcəyi gözlənilir. Onun Papa Fransisk ilə görüşməsi də mümkündür.

Hürr Tərcüman