📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin xanımı ABŞ Konqresində çıxış edəcək

2022-07-19 21:25:00

Zelenskinin xanımı ABŞ Konqresində çıxış edəcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya hazırda ABŞ-da səfərdədir. Zelenskayanın ABŞ Konqresində çıxış edəcəyi və bir sıra yüksək vəzifəli Amerika siyasətçiləri ilə görüşlər keçirəcəyi gözlənilir.

Yelena Zelenskaya artıq ABŞ Dövlət Departamentinin başçısı Entoni Blinken və ABŞ-ın birinci xanımı Cill Bayden ilə görüşüb. Onun Kapitoli təpəsindəki çıxışı 20 iyul tarixinə planlaşdırılıb.

 

Hürr Tərcüman