📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelenskinin xanımı həlak olanların sayının artdığını bildirdi

2024-09-03 18:34:16

Zelenskinin xanımı həlak olanların sayının artdığını bildirdi

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Poltavadakı hərbi instituta ballistik raket zərbəsinin qurbanlarının sayı artıb. Ukrayna Prezidentinin həyat yoldaşı Yelena Zelenskaya ölənlərin sayının 47, yaralananların sayının isə 206 nəfərə çatdığını bildirib. 
Zelenskaya X səhifəsində yazıb: "Bu, bütün Ukrayna üçün sarsıdıcı fəlakətdir. Düşmən təhsil müəssisəsini və xəstəxananı hədəfə çevirib. Artıq 47 nəfərin həlak olduğu, 206 nəfərin yaralandığı bəllidir".
Yelena Zelenskaya həlak olanların yaxınlarına başsağlığı verib.
Hürr Tərcüman