📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelesnki Qərbi Ukraynanın sərvətlərini bölüşdürməyə çağırdı

2024-10-16 16:27:26

Zelesnki Qərbi Ukraynanın sərvətlərini bölüşdürməyə çağırdı

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski qərbə Ukraynanın strateji resursları ilə bağlı əməkdaşlıq təklifi edib.
Zelenski bəyan edib ki, ölkə trilyon dollarlarla qiyməti olan strateji ehtiyatlara malikdir. Ukraynanın uran, titan, litium və qrafit yataqları var. Zelenski Qərbi həmin sərvətlərin müdafiəsi və istifadəsində əməkdaşlığa çağırıb. Qeyd edib ki, bu resurslar ya Rusiyanı, ya da Ukrayna ilə onun qərbli tərəfdaşlarını gücləndirə bilər. Ukrayna Prezidenti energetika və ərzaq ehtiyatlarının əhəmiyyətini vurğulayıb, bu ehtiyatların ələ keçirilməsinin Rusiyanın işğalının əsas hədəflərindən biri olduğunu deyib. Onun fikrincə bu sərvətlər Ukrayanın iqtisadi inkişafı, Avropa İttifaqının güclənməsi imkanları deməkdir, ABŞ və G7 sərmayədarları üçün isə - gəlir fürsətidir.
Çıxışının sonunda Zelenski tərəfdaşlara təqdim edilmiş “gizli əlavəni” xatırladıb, ABŞ ilə Avropaya bu resursların birgə qorunması, sərmayə qoyuluşu və istifadəsi haqqında saziş bağlamağı təklif edib.
Hürr Tərcüman