📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelim və Muraddan irəliləyiş

2024-02-19 20:34:12

Zelim və Muraddan irəliləyiş

Beynəlxalq Cüdo Federasiyası Bakı “Böyük Dəbilqə”sindən sonra yeni reytinq cədvəlini açıqlayıb.

Hurriyyet.Az xəbər verir ki, Hidayət Heydərov 73 kq çəki dərəcəsində liderliyini qoruyub.

Paytaxtımızdakı turniri medalsız başa vuran Zelim Kotsoyev (100 kq) öz çəkisində ikinci pillədə qərarlaşıb. Bakı “Böyük Dəbilqə”sində çempion olan Zelim Tçkayev (100 kq) mövqeyini 4 pillə yaxşılaşdıraraq, 5-ci yerə yüksəlib. Onunla eyni çəkidə yarışan Səid Mollayi 8-cidir.

Bakıdakı yarışın bürünc mükafatçıları Balabəy Ağayev (60 kq, 7-ci yer) iki pillə, Vüqar Talıbov isə (90 kq, 49-cu yer) on pillə irəliləyib. Digər bürünc medalçı Yaşar Nəcəfovun (66 kq) mövqeyi dəyişməyib (6-cı yer).

90 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində yer alan Murad Fətiyev 7 pillə irəliləyərək, 12-ci yerdə qərarlaşıb. Finalçı Camal Qamzatxanov (+100 kq) mövqeyində 10 pillə yüksəliş olub. O, 25-cidir. Camalla eyni çəkidə yarışan və zədə üzündən turnirdə iştirak edə bilməyən Uşanqi Kokauri 17-ci pilləyə geriləyib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Bakı “Böyük Dəbilqə” turnirində 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. \\İdman.biz