📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zelimdən ipponla qələbə - Erməni ilə qarşılaşacaq-Yenilənir

2026-10-09 14:06:05

Zelimdən ipponla qələbə - Erməni ilə qarşılaşacaq-Yenilənir

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Hurriyyet.net xəbər verir ki, bu gün Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaq.

Onun ilk rəqibi 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.

Təsnifat görüşləri saat 10:30-da, final bloku isə 18:00-da başlayacaq.

Zelim Kotsoyev Boymırat Majanova qalib gələrək növbəti mərhələyə adlayıb.

***

Zelim Kotsoyev 1/16 finalda slovakiyalı Benyamin Mataseyə ipponla qalib gəldi. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməniəsilli idmançı Arman Adamyanla qarşılaşacaq.