📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəlzələ günü doğulan körpəsinə 261 saatdan sonra qovuşdu - Video

2023-02-18 10:30:00

Zəlzələ günü doğulan körpəsinə 261 saatdan sonra qovuşdu - Video

Türkiyənin Hatay bölgəsində çökən xəstəxana binasının altından 11 gün (261 saat) sonra xilas edilən Mustafa Avcı ailəsinə qovuşub.

Hurriyyet.az “Sabah”a istinadən xəbər verir ki, M. Avcı həyat yoldaşı Bilge və zəlzələ baş verən gün doğulan körpəsi Almila ilə Mersin şəhər Tədris və Araşdırma Xəstəxanasında görüşə bilib.

Körpəsini qoxlayan ata bu qoxunu əvvəllər heç vaxt bilmədiyini deyib. Onların görüşündən təsirli anları təqdim edirik: