Zəlzələ Lavrovu haqladı – VİDEO
Hurriyyet.az xəbər verir ki, bu barəd RF XİN mətbuat katibi Mariya Zaxarova öz “Teleqram” səhifəsində yazıb və video paylaşıb.
Hazirda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun başçılıq elədiyi nümayəndə heyəti İraqın paytaxtı Bağdad şəhərində səfərdədir. Zaxarova paylaşdığı videoda zəlzələnin Bağdaddakı binalarda ağır çilçıraqları necə yellədiyini göstərib. Zaxarova gün ərzində bundan əvvəl də ötən gecə Türkiyə ilə Suriya ərazilərində baş vermiş zəlzələnin təkanlarının “2 dəqiqə davam edən ağır yellənmə” şəklində Bağdadda hiss edildiyini, ardından daha yüngül formada təkrarlandığını xəbər vermişdi.
Lavrov fevralın 5-də Bağdada ikigünlük rəsmi səfərə gedib. Görüşlər zamanı hərbi-texniki əməkdaşlıq və energetika məsələləri müzakirə edilib. İraqdan Lavrov Maliyə, Mavritaniyaya, ardından Sudana yollanacaq.
Xəbər verildiyi kimi, bu gün Türkiyə vaxtı ilə saat 04:17-də (Bakı vaxtı ilə 05.17 ) Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal gücündə, ardından saat 13.24-də (14.24) 7,6 bal gücündə zəlzələ olub.
Hürr Tərcüman