📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəlzələ Suriyada da hiss olundu - 100-dən çox ölü, 400 yaralı

2023-02-06 09:39:00

Zəlzələ Suriyada da hiss olundu - 100-dən çox ölü, 400 yaralı

Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da hiss olunub.

Hurriyyet.az “Al-Hadas” telekanalına istinadən xəbər verir ki, Suriyada zəlzələ nəticəsində 100-dən çox insan həlak olub.

Dağıntılar arasından 400 yaralı çıxarılıb. Həlak olanların əsas olaraq Hələb, Hama və Lazkiye şəhərlərinin sakinləri olduğu bildirilir.