📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəlzələ zamanı binadan tullanan türkiyəli futbolçu ağır yaralandı

2023-02-06 21:13:00

Zəlzələ zamanı binadan tullanan türkiyəli futbolçu ağır yaralandı

Türkiyənin 1-ci liqa təmsilçisi “Yeni Malatyaspor” klubunun futbolçusu Barış Başdaş ağır yaralanıb. 

Hurriyyet.Az "Fanatik"ə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi zəlzələ baş verən zaman yaşadığı binanın ikinci mərtəbəsindəki evinin eyvanından tullanıb.

Ciddi xəsarət aldığı deyilən Türkiyənin gənclər yığmasının sabiq oyunçusu dərhal xəstəxanaya aparılıb.