📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəlzələdə bir pəncərəsi belə qırılmadan yanı üstə aşan bina barədə qərar verildi – FOTO/VİDEO

2023-03-11 19:59:00

Zəlzələdə bir pəncərəsi belə qırılmadan yanı üstə aşan bina barədə qərar verildi – FOTO/VİDEO

Türkiyədə fevralın 6-da baş verən zəlzələ zamanı təməlindən qoparaq bir pəncərəsi belə qırılmadan yanı üstə aşması ilə hər kəsi təəccübləndirən bina barədə qərar verildi. Artıq onun sökülməsinə başlanılıb.

Qeyd edək ki, sözügedən bina Gölbaşı rayonunda yerləşir. Binanın bütöv şəkildə böyrü üstə aşması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.