Zəlzələnin təkanları Ermənistanda da hiss olunub
2023-12-07 11:18:59
Hurriyyet.az xəbər verir ki, Azərbaycanda baş vermiş 5,6 bal gücündə zəlzələ Ermənistanda da hiss olunub. Bu barədə məlumatı Ermənistanın DİN Ərazi Seysmik Müdafiə Xidməti mətbuata açıqlamasında verib. Açıqlamada deyilir: “Tavuş vilayətinin Berd və Noyemberyan, İcevan, Dilican rayonlarında, həmçinin Açadcur kəndində 3 bal gücündə zəlzələ hiss olunub”.
Hürr Tərcüman