📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəncanda iki azərbaycanlı gənc hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO

2022-09-23 13:44:00

Zəncanda iki azərbaycanlı gənc hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO

Zəncan şəhərində iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb.

Hurriyyet.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalı məlumat verir ki, onlar hökumət qüvvələrinin açdığı atəş nəticəsində hadisə yerindəcə ölüblər.

Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı güllələnərək öldürülüblər.

Xatırladaq ki, son günlər baş verən etiraz aksiyaları zamanı çox sayda insanın güllələnərək qətlə yetirilməsi ilə bağlı fərqli rəqəmlər bildirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 23 nəfərin kimliyi təsdiqini tapıb.

İnsan haqqları təşkilatları ağır yaralıların çox olduğu üçün ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirirlər.