📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zenfira İbrahimovanın ərinin maşınından "moyka"da 15 000 AZN oğurlandı - VİDEO

2023-02-23 20:37:00

Zenfira İbrahimovanın ərinin maşınından

Müğənni Zenfira İbrahimovanın başına iş gəlib. 

Hurriyyet.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həyat yoldaşının avtomobilindən 15 min manat pulunun oğurlandığını bildirib. O qeyd edib ki, hadisə Nərimanov rayonu ərazisində baş verib:

"Həyat yoldaşım Anar Heydərovun maşınından avtoyuyucu məntəqəsində 15 min manatımız götürülüb. Şəxsiyyəti bilinməyən şəxs pulu götürüb və qaçıb. Gecədən polis həmin şəxsi axtarır, amma hələ də adam azadlıqdadır. Həmin şəxs Anarın telefonuna mesaj yazır ki, polisə şikayət etməyin, pulu qaytaracağam".