Zəngan şəhərində 6 güneyli fəal həbs edildi
2022-10-12 13:49:00
SEPAH-ın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı Güney Azərbaycanın Zəngan şəhərində 6 azərbaycanlı fəalı həbs edib. Saxlanılan azərbaycanlı fəallar şəhər divarlarına İran hökuməti əleyhinə şüarlar yazmaqda ittiham olunurlar.
Bununla bağlı İran İnqilabının Keşikçiləri Korpusu yaydığı açıqlamada bildirib: “İrana müxalif olan xarici mediaların təsiri altına düşən şəxslər Zəngan küçələrinin divarlarına dövlətə qarşı şüarlar yazdıqları üçün həbs ediliblər”. Hələlik saxlanılan azərbaycanlı fəalların kimliyi açıqlanmır.
Xatırladaq ki, molla rejimi ölkədə kütləvi etirazlar başlayandan bəri Güney Azərbaycan şəhərlərində çox sayda azərbaycanlı fəalı həbsə atıb.
Ülviyyə, Hurriyyet.az