📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Zəngəzur dəhlizi normallaşma prosesinə töhfə verəcək” - Rusiya XİN

2023-10-04 15:28:40

“Zəngəzur dəhlizi normallaşma prosesinə töhfə verəcək” - Rusiya XİN

“Rusiya Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləmək üçün böyük potensial görür”.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsinə baxılır. Biz bu layihənin həyata keçirilməsi ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Təbii ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə edilməsinin hazır olmasından asılıdır”.