📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəngəzur dəhlizinin Tehranın geoiqtisadi əhəmiyyətinə təsiri: İran niyə narahatdır? 

2022-12-06 15:32:00

Zəngəzur dəhlizinin Tehranın geoiqtisadi əhəmiyyətinə təsiri: İran niyə narahatdır? 

Zəngəzur dəhlizinin Tehranın geoiqtisadi əhəmiyyətinə təsiri və İranın narahatçılığının səbəblərinə bir sıra ekspertlər tərəfindən toxunulur. Ekspertlər öz baxış bucaqlarını əks etdirən yanaşmalardan çıxış edirlər. Bəs İranın bu səpgidə narahatlığı nəyə əsaslanır?
İranın “Tahlil Bazaar” saytı Zəngəzur dəhlizinin İranın geoiqtisadi maraqlarına toxunan tərəflərini izah edən yazı dərc edib. Yazıda deyilir:
“İkinci Qarabağ savaşından öncə Azərbaycanla Naxçıvan bölgəsi arasında yol İrandan keçirdi və Zəngəzur dəhlizi ilə çox güman ki, bu vəziyyət dəyişəcək və Naxçıvanla nəqliyyatın qurulmasında Bakının Tehrandan asılılığı azalacaq.
İran və Azərbaycan arasında gərginlik aylardır artıb. Bu gərginliyin bu günədək mühüm və təsirli nəticələri olub, məsələn, İranın hava məkanının Azərbaycan hərbi hava qüvvələrinin üzünə bağlanması böyük addım sayılır. Çünki İranın hava məkanı üzərindən uçuşlar Azərbaycandan Naxçıvana hərbi texnika və yardımların ötürülməsinin birbaşa yolu idi.
Azərbaycanın iki hissəsini Ermənistanın Sünik vilayəti (Zəngəzur) ayırır, buna görə Azərbaycana İranın uçuş marşrutu lazım idi. 
Bununla belə, Azərbaycan özünün ayrı düşmüş muxtar bölgəsinə daxil olmaq üçün indi Gürcüstan və Türkiyə üzərindən uzun yol qət etməlidir. İranın bu addımı indi səfər vaxtını daha da uzadır. Hansı ki, savaş olacağı halda Bakı üçün fəlakətli olacaq..."
Sayt əlbəttə ki, aid olduğu şovinist molla rejiminin yanaşmasını səsləndirərək onun ruporu rolunu yerinə yetirir. Eyni zamanda özündən asılı olmayaraq İranın hava məkanının Azərbaycan hərbi hava qüvvələrinin üzünə bağlanmasının məhz Azərbaycandan Naxçıvana hərbi texnika və yardımların ötürülməsinin qarşısının alınması məqsədi daşıdığı da açıqca etiraf edilir.   

Ülviyyə, Hurriyyet.az