📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Zəngəzur kəndlərinin bütün ümidi rus sərhədçilərindədir” - "Hraparak" qəzeti

2021-08-27 11:46:00

“Zəngəzur kəndlərinin bütün ümidi rus sərhədçilərindədir” -

“Qərbi Zəngəzur valisi Melikset Poqosyan və bölgənin təhlükəsiz olduğunu, torpağın düşmənə verilmədiyini qürurla bəyan edən millət vəkilləri haradadır? Niyə burada deyillər və blokadada olan sakinləri dəstəkləmirlər?”

HURRİYYET.az xəbər verir ki, bu fikilər erməni nəşri “Hraparak”da dərc olunub.

Qəzet vurğulayır ki, liderlərinin başçılıq etdiyi Mülki Müqavilə nümayəndələri populist açıqlamalar verərək günahı birincilərə ötürsələr də, Qərbi Zəngəzur kəndləri yalnız Rusiya sərhədçilərinə güvənə bilər.

Burada başqa bir sual meydana çıxır. Yolun açılmasından sonra silahsız boş kəndlərdə yaşamaq mümkün olacaqmı? Ümumiyyətlə, bu şəraitdə sakinləri həmin kəndlərdə necə saxlamaq olar?