📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Zəngəzurda bu yollarla hərəkət etməyin" - ABŞ-ın İrəvandakı səfirliyindən yasaq - FOTO

2021-11-20 21:52:00

ABŞ-ın Ermənistandakı səfirliyi Birləşmiş Ştatların bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib.

Ermənistan mediasına istinadən bildiririk ki, elektron poçtla göndərilmiş xəbərdarlıqda vurğulanır: "M2 və M17 avtomagistrallarında Azərbaycanın gömrük postlarında yoxlamaların gücləndirildiyi barədə məlumatlar gəlir. Birləşmiş Ştatların Ermənistandakı səfirliyi ABŞ vətəndaşlarının nəzərinə çatdırır ki, səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə M17 trası ilə Karauc və David Bek (Zeyvə, - red.) kəndləri arasında, habelə Qafan-Çakaten yolu ilə hərəkət etmələri yasaqlanır. ABŞ vətəndaşları Ermənistanla Azərbaycan arasındakı sərhəddə sayıqlığı qorumalı, Qarabağ münaqişəsi zonasındakı təmas xəttinin yaxınlığına səfərlərdən çəkinməlidir". \\Milli.Az