📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəngəzurda Heydər Əliyev Parkı... – Ermənilər panikada

2022-09-30 12:27:00

Zəngəzurda Heydər Əliyev Parkı... – Ermənilər panikada

Zəngəzurda məktəblər, parklar, meydanlar və s. “Quql məp” və “Quql örs”də Azərbaycan adları ilə qeyd olunub. Məsələn, ermənilərin “Orotan” adlandırdıqları çay azərbaycanca “Bazarçay” adı ilə qeyd olunur, yaxud “Sisyan parkı” Azərbaycanın ümumilli lideri Heydər Əliyevin adını daşıyır. Həmçinin “Sünik” adı da Azərbaycan dilində göstərilir: Zəngəzur vilayəti administrasiyası.

Hurriyyet.az xəbər verir ki, bu barədə ermənilərin “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu, erməni cəmiyyətində ciddi panikaya səbəb olub:

“Bu fakt erməni cəmiyyətinə psixoloji zərbə vurur. Tatoyan Fondu həmin məknaların erməni dilində qeyd olunması üçün “Quql” şirkətinə müraciət edib”, - məlumatda deyilir.