📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəngəzurda qəza: Azərbaycan-Ermənistan sərhədini "güdən" Avropa missiyasının avtomobili aşdı

2024-03-11 14:59:02

Zəngəzurda qəza: Azərbaycan-Ermənistan sərhədini

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Avropa İttifaqının müşahidəçilərini aparan avtomobil Ermənistanın cənub bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində bir nəfər də zərərçəkən olmayıb.
Hadisə martın 11-də səhər saatlarında qədim Zəngəzur mahalı ərazisindəki Sünik rayonunda, Tatev-Lçen yolunun 13-cü kilometrində baş verib. 
"Nissan Pathfinder" markalı maşının sükanı arxasında Avstriya vətəndaşı, sərnişin oturacaqlarında isə Polşa vətəndaşları olublar. Avtomobil yolkənarı daşlara çırpılaraq aşıb. Heç kim zərər çəkməyib.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Azərbaycanla sərhəddə müşahidələr aparmaqla məşğuldur. 
Hürr Tərcüman