Zəngəzurla bağlı Türkiyə ilə Rusiya arasında danışıqlar gedir
Hurriyyet.az xəbər verir ki, Zəngəzur dəhlizinin açıqlması ilə bağlı Türkiyə ilə Rusiya arasında danışıqlar gedir. Bu barədə açıqlamanı Türkiyənin Ticarət nazirinin müavini, Gömrük Departamentinin rəisi Rıza Tuna Turağay verib. Turağay “Sputnik Azərbaycan” agentliyinə müsahibəsində deyib: “Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiya ilə yüksək səviyyəli danışıqlar davam edir. Dəhlizin ən yaxın zamanda açılacağını gözləyirik”.
Nazir müavininin sözlərinə görə, bugünkü gündə dəhlizin mümkün qədər tez açılması Azərbaycan-Türkiyə ticarət münasibətlərinin genişlənməsi baxımından ən mühüm məsələlərdən biridir. Turağay deyib ki, Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin 5 milyard dollardan 15 milyard dollara qədər artmasını hədəfə alıb və bu baxımdan Zəngəzur dəhlizinin vaxtında açılması mühümdür.
Hürr Tərcüman