📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub - FOTO

2022-10-22 09:54:00

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub - FOTO

Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.

Hurriyyet.az report-a istinadən xəbər verir ki, rayonun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan “Khankendi” təyyarəsi yenicə istifadəyə verilmiş hava limanına eniş edib.

Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayan uçuş 45 dəqiqə çəkib.

Qeyd edək ki, “Zəfər yürüşü” torpaqların işğaldan azad edilməsindən sonra vətəndaşların məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnirdir.