Zərif prezidentliyə namizədlikdən imtina etdi
2024-05-28 21:08:46
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina edib.
Bu barədə İLNA agentliyi məlumat yayıb.
“Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif İLNA-ya müsahibəsində seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala “yox” cavabını verib”, – agentlik bildirib.
Qeyd edək ki, bir müddət İran mətbuatı ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısına keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adını əlavə etmişdi.