📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Zeynəb” qasırğası Avropada ölümlərə səbəb oldu

2022-02-19 14:21:00

“Zeynəb” qasırğası Avropada ölümlərə səbəb oldu

Hurriyyet.az “Doyçe Velle” nəşrinə istinadla xəbər verir ki, hazırda Avropanı bürümüş Yunis (Almaniyada “Zeynəb” adlandırılıb) qasırğası səbəbindən ən azı 9 nəfər həlak olub. Ağacları devirən küləyin sürəti saatda 141 kilometrə qədər çatır. Qasırğa səbəbindən bir çox ölkələrdə dəmir yolu və təyyarə səfərlərində, elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Almaniyada Dortmund, Hannover, Berlin və Leyspiqə dəmir yolu səfərləri təxirə salınıb. Qasırğanın bu gün Şimal dənizi sahillərinə çatması gözlənilir. Qasırğanın bazar ertəsinə qədər davam edəcəyi proqnozlaşdırılıb.

Hollandiyada qasırğa səbəbindən azı 4 nəfər həlak olub – 3 nəfərin üzərinə ağac düşüb, 1 nəfərin isə avtomobili ağacın altında qalıb.

Almaniyada da qasırğanın yerə sərdiyi ağaclar ölümlə nəticələnən avtomobil qəzalarına səbəb olub.

Fransada azı 11 nəfər yaralanıb. 130 min evin elektriki kəsilib.

Hürr Tərcüman

Kasırga nedeniyle çok sayıda ağaç devrildi