📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Zeynəb Xanlarova əməliyyat olunub” xəbərinə İtaliyadan fotolu CAVAB

2026-09-24 11:48:29

Xəbər verdiyimiz kimi, Xalq artisti Zeynəb Xanlarovanın Türkiyədə əməliyyat olunduğu barədə mətbuatda və sosial şəbəkələrdə məlumat yayılıb.

Hurriyyet.media bildirir ki, stilist Rəşad Əliyev Xalq artistinin fotosunu paylaşaraq onun hazırda İtaliyada istirahət etdiyini açıqlayıb.
Stilist sözügedən xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:

“Xalq artisti Zeynəb Xanlarova haqqında yazılan "əməliyyat olunub" xəbəri tamamilə yalan və böhtandır! Zeynəb xanım İtaliyadadır və səhhəti əla vəziyyətdədir.

Sizin bu yalanınız minlərlə insanı narahat etdi”.

Qeyd edək ki, Zeynəb Xanlarovanın Türkiyədə əməliyyat olunduğu barədə yayılan məlumatla bağlı Xalq artistinin özündən hər hansı açıqlama verilməyib.