📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zeynəb Xanlarovanın adından dələduzluq – FOTO

2025-05-29 17:02:18

Zeynəb Xanlarovanın adından dələduzluq – FOTO

Xalq artisti Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta hesablar yaradılmaqla dələduzluq edilir. Belə ki, həmin səhifələrdə guya müğənninin konsert verəcəyi bildirilir və bu adla saxta bilet satışı həyata keçirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə xalq artistinin pərəstişkarlarının istifadə etdiyi sosial media hesabında məlumat paylaşılıb.

Bildirilib ki, heç bir konsert nəzərdə tutulmayıb, bu, sadəcə, dələduzların növbəti əməlidir.

Qeyd edək ki, sosial şəbəkələrdə Zeynəb Xanlarovanın rəsmi hesabı yoxdur.

Bakupost.az