📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zeytun yağı və zeytun möcüzəsi

2022-07-07 22:08:00

Zeytun yağı və zeytun möcüzəsi

Zeytun bitkisinin meyvələrinin tərkibi 6 % zülal, 9 % lif, 23 % su, 56 % yağ, şəkər, karotin, A, B, C, E vitaminləri, kalium, kalsium, fosfor, kükürd, xlor,maqnezium mineralları və qlükozidlərlə zəngindir.

Zeytun və ya zeytun yağı ilə  hazırlanan salatlar ürək-damar sağlamlığını qoruyur.

Zeytun yağı yaşlanmanın təsirindən dərini qoruyur, dəri xəstəliklərinin meydana gəlməsinin qarşısını alır və dərini gözəlləşdirir.

Zeytun yağı, sağlam yağlar, skualen (insan dərisinin əsas komponentləri), oleik asitas (ürəyin sağlamlığı, damarlar və dəri üçün yararlı olan doymamış yağlar), fenolik antioksidantlar və vitaminlər olduğu üçün dərinin metabolizmi üçün çox faydalıdır.

Zeytun yağı üz dərisini makiyaj maddələrinin kimyəvi təsirindən qoruyur.

Zeytun yağı tez-tez saç və dəriyə qulluqda istifadə olunarsa çox faydası vardır

Zeytun yağı saç dərisini qidalandırır, saç tökülməsini və kəpəyi aradan qaldırır, başın dərisində olan deformasiyaları aradan qaldırır və yeni saç artımını çoxaldır.

Zeytun və zeytun yağı müntəzəm olaraq istehlak edildikdə,həzm və bağırsaq sistemlərinin funksiyalarını tənzimləyir.

 

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov

Mənbə: Qidaelmi.az