📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zibillikdən tapdığı paltara sevinən və rəqs edən qıza Bergüzel Koreldən dəstək - FOTO -VİDEO

2024-01-22 22:25:35

Zibillikdən tapdığı paltara sevinən və rəqs edən qıza Bergüzel Koreldən dəstək - FOTO -VİDEO

Şanlıurfada (Türkiyə) zibillikdən ziyafət paltarı tapandan sonra sevindiyindən rəqs edən qızcığaz və onu alqışlayan anası ilə bağlı görüntülər sosil mediada virus sürəti ilə yayılıb. Kadrlara Türkiyənin ən sevilən aktrisalarından olan Bergüzar Korel də biganə qalmayıb və xeyriyyə cəmiyyəti vasitəsilə onlarla əlaqə yarada bilib.

Məlum olub ki, qızcığazın adı Sümeyyadır. Aktrisa bununla bağlı öz hesabından paylaşım edib:

“Onlara ev axtarırıq. Əl-ələ verib bu ana-qızını sevindirək”, - deyə o paylaşımında qeyd edib.

Bundan başqa ailəyə çoxlu yardımlar edilib. Ancaq ana ianələrdən yalnız paltaryuyan maşını qəbul edib.