📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Zirə” Rəşad Sadıqovla bağlı qərar verdi

2023-05-06 20:35:00

“Zirə” Rəşad Sadıqovla bağlı qərar verdi

“Zirə” baş məşqçisi Rəşad Sadıqovla müqavilənin müddətini uzadıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə sözügedən mütəxəssis özü məlumat verib.

O, Premyer Liqanın 33-cü turu çərçivəsində baş tutan “Şamaxı” ilə səfər oyunundan sonra baş tutan mətbuat konfransında bildirib ki, “Zirə”də qalacaq.

Müqaviləsini yeniləyən mütəxəssis komandanın avrokuboka gedib-getməməsindən asılı olmayaraq, indiki işini davam etdirəcək. Dünən rəhbərliklə baş məşqçi arasında görüş olub və tərəflər əməkdaşlığı davam etdirməyə qərar veriblər. \\Fanat.az