📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zirəddin Rzayev: “Sözümün arxasındayam, Ərdoğan…”

2023-05-16 14:17:00

Zirəddin Rzayev: “Sözümün arxasındayam, Ərdoğan…”

“Mən sözümün üstündə dayanıram, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan seçiləcək”.

Bu sözləri açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

O, seçkinin neçə turdan ibarət olacağının əhəmiyyət kəsb etmədiyini deyib:

“2-3-cü tur bilmirəm, mən artıq sözümü demişəm. Prezident 1 aylıq təyin olunmur ki?! Hələ heç kim seçilməyib, amma proqnozum qüvvədədir. Prezident R.T.Ərdoğan olacaq!”

Qeyd edək ki, Z.Rzayev bir qədər əvvəl saytımıza açıqlamasında R.T.Ərdoğanın prezident seçiləcəyini demişdi.

Globalinfo.az