Ziya Bünyadov prospektində yol qəzası olub tıxac yaranıb
2024-06-17 12:22:23
Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb.
Bu barədə Hurriyyət-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, poladəritmə zavodunun qarşısında, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun həm "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.