📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

2022-05-27 13:02:00

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

Sabiq nəqliyyat naziri Ziya Məmmədov bu ilin iyulunda Həcc ziyarətinə yola düşəcək. 

Hurriyyet.az xəbər verir ki, Gundem.az-a daxil olan məlumata görə, keçmiş nazir ziyarət üçün tələb olunan sənədləri təqdim edib və tələb olunan 9150 manatı da ödəyib.

Bildirək ki, Ziya Məmmədov vəzifədən azad olunandan sonra bir qədər kölgəyə çəkilmişdi. Vaxtının böyük hissəsini anadan olduğu Ucar rayonunun Qazıqumlaq kəndində keçirirdi. Qardaşı Elton Məmmədov jurnalistlərə açıqlamasında demişdi ki, qardaşı vaxtını Quran oxumaqla keçirir.