📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ziya Məmmədovun bacısı təqaüdə göndərildi

2025-01-17 15:26:54

Ziya Məmmədovun bacısı təqaüdə göndərildi

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun direktor müavini olan bacısı Məhbubə Məmmədova vəzifəsindən azad edilib. 

Hurriyyet.az xəbər verir ki, Məhbubə Məmmədova müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsindən çıxarılıb. 

Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb. 

Kollecdən saytımıza bildirilib ki, Məhbubə Məmmədova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub. 

Qeyd edək ki, Məhbubə Məmmədova 2018-ci ilin yanvar ayında 66 saylı "Tərəqqi" liseyinin direktoru vəzifəsindən azad olunaraq, Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdu.

Qaynarinfo.az