Ziyafət Əsgərov vəzifəsindən ayrıldı
2024-10-15 15:52:29
Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətində dəyişiklik olub.
Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, yeni çağırışdan NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Ramid Namazov rəhbərlik edəcək.
Qeyd edək ki, bundan əvvəl Ziyafət Əsgərov Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olub. O, yeni çağırışda Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.