📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zorla müharibəyə aparmağa çalışdılar - Ukraynadakı görüntülər müzakirələrə səbəb oldu + VİDEO

2026-08-24 14:38:09

Zorla müharibəyə aparmağa çalışdılar - Ukraynadakı görüntülər müzakirələrə səbəb oldu + VİDEO

Rusiya ilə müharibə şəraitində olan Ukraynada hərbi səfərbərliyə cəlb olunanlarla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Hurriyyet.media  xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda iki hərbçinin küçədə bir şəxsi zorla hərbi xidmətə aparmağa çalışdığı görünür. Şəxsin uzun müddət müqavimət göstərdiyi, hərbçilərin isə onu aparmağa çalışdığı anlar mobil telefon kamerasına düşüb.

Görüntülərdəki şəxsin sonrakı taleyi barədə məlumat yoxdur.

Qeyd edək ki, son dövrlərdə ölkədə hərbi xidmətə məcburi cəlbetmə ilə bağlı oxşar görüntülərə tez-tez rast gəlinir.