📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zubir “Qarabağ”dan gedir

2026-04-11 13:21:17

Zubir “Qarabağ”dan gedir

“Qarabağ”ın futbolçusu Abdullah Zubir yayda klubu tərk edəcək.

Bu barədə “L Equipe” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, fransalı vinger Qətərin “Al Şahaniya” klubuna keçəcək.

Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, qarşı tərəf transfer məbləği ödəyərək onu heyətinə qatacaq.

Xatırladaq ki, Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.