Zülfiyyə Xanbabayevanın qızı universitetə qəbul olundu
2024-07-11 23:14:56
Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı tələbə adını qazanıb.
Sənətçi bu barədə sosial şəbəkədə yazıb:
“Arzularım, xəyallarım, dualarım, varlığım! Dənizim! Sən bizə Allahın bir lütfüsən! Səni yaradana qurban olum! Balam, Dənizim bu gündən tələbə oldu! Əziz, doğma müəllimlərimiz! Hər birinizə minnətdarıq! Bu gün tələbə adını qazanan bütün övladlarımızı ürəkdən təbrik edirəm! Gözəl gözlü Dənizim, yolun açıq olsun”.
Qeyd edək ki, Zülfiyyə Xanbabayevanın qızı Dəniz ADA Universitetinə qəbul olunub.\\Bakupost.az