📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zümrüd Qasımova yenidən evlənir - FOTO

2023-04-04 21:01:00

Zümrüd Qasımova yenidən evlənir - FOTO

Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova boşandığı həyat yoldaşı Nazim Zeynalovla yenidən evlənir.

Hurriyyet.Az olay.az-a istinadən xəbər verir ki, cütlüyün nikahı Ramazan bayramından sonra reallaşacaq.

Bundan əlavə, Qasımova dost və yaxınlarını ətrafına yığıb toy etməyi də düşünür.

Qeyd edək ki, Z.Qasımovanın keçmiş həyat yoldaşı N. Zeynalov hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışır. Keçən ilin sentyabr ayında tərəflər Zeynalova Zümrüd Bəxtiyar qızı və Zeynalov Nazim Zakir oğlu boşanmaq üçün ədliyyə orqanlarına ərizə ilə müraciət ediblər.

Tərəflərin qarşılıqlı razılığı ilə onların birgə nikahına 5 saylı Bakı “Asan Xidmət” mərkəzində son qoyulub.

Onlara nikahın pozulması haqqında şəhadətnamə təqdim olunub.