Zümrüd Yağmurun zorlandığı iddia edilən qızı haqda ekspertizanın nəticəsi açıqlandı - şok gəlişmə
İddia edirlər ki, Sənay Qəhrəmanlının əsl məqsədi Əsgər Ağayevin ailəsindən pul qopartmaq olub və...
Öz yaxın qohumu tərəfindən zorlandığını iddia edən Sənay Yağmurun (Sənay Qəhrəmanlı-red.) təcavüzə məruz qalması haqda cinayət işi ilə bağlı ekspertiza rəyi açıqlanıb.
Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxs tərəfindən aparılan ekspertizanın nəticələri təcavüzdə ittiham olunan Sənay Qəhrəmanlının xalası oğlu Əsgər Ağayevin valideynlərinə təqdim edilib.
Əsgər Ağayevin valideynləri - Sürəyya Ağayeva və Yusif Ağayev “Yeni Müsavat”ın redaksiyasına gələrək nəticələri təqdim edib, ictimailəşdirilməsini istəyiblər. Onlar ekspertizanın rəyini əsas gətirərək övladlarının günahsız olduğunu bildirir, belə olan təqdirdə onun bəraət alaraq azadlığa buraxılmasını istəyirlər.
Sənədlərə keçməzdən öncə məlumat üçün bildirək ki, Sənay Yağmur (Qəhrəmanlı) AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı və yazar Zümrüd Yağmurun qızıdır. Sürəyya Ağayeva isə Zümrüd Yağmurun bacısıdır.
Təqdim edilən ekspertiza sənədlərinə əsasən valideynlər iddia edirlər ki, hadisədən sonra Sənay Qəhrəmanlı süni sərxoşluq barədə rəy almaq niyyətində olub və bunun üçün saxta yollara əl atıb:
“Sənay Qəhrəmanlının süni sərxoşluğu əmələ gətirmək istədiyi təsdiq edilib. Belə ki, o, ekspertiza keçirilərkən - 28.08.2020-ci il tarixində saat 14:19-da sərxoş olub. Həmin sərxoşluq isə hadisə gününə, yəni 25.08.2020-ci il tarixə təsadüf etmir”.
