Zurabişvili "erməni karuseli"ndən danışıb
Hurriyyet.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili "Associated Press" agentliyinə müsahibəsində ölkədə keçirilən parlament seçkiləri zamanı "erməni karuseli"ndən istifadə edildiyini iddia edib.
Gürcüstan Prezidenti deyib: "Bizim burada "erməni karuseli" adlandırdığımız (bilmirəm, bəlkə də onlar da buna "gürcü karuseli" deyirlər) məsələ müavinət alan insanların, məhbus ailələrinin ID kartlarının seçkilərdən əvvəl müxtəlif adlar altında toplanmasıdır. Heç kim bunu nə üçün etdiklərini başa düşmürdü.
Bəlli olub ki, bu, eyni vətəndaşın bir şəxsiyyət vəsiqəsi ilə müxtəlif seçki məntəqələrinə gedib, müxtəlif elektron qurğularda 17 dəfəyə qədər səs verə bilməsi üçündür. Onların əllərində çox sayda şəxsiyyət vəsiqələri və ya şəxsiyyət vəsiqələrinin nömrələri vardı".
Hürr Tərcüman