Zurabişvili Trampın andiçmə mərasiminə dəvət edilib
2024-12-28 13:41:46
Hurriyyet.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edilib.
Bu barədə Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin sədri respublikaçı Co Vilson məlumat verib.
Vilson X səhifəsində Zurabişvilini mərasimə dəvət etməsindən yazaraq qeyd edib: "Onun İvanişvili ilə Çin Kommunist Partiyasından və İran rejimindən olan müttəfiqlərinin hücumlarına qarşı cəsarətinə heyranam".
Xəbər verdiyimiz kimi, dekabrın 29-da Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin andimə mərasimi keçiriləcək. Zurabişvili isə postunu tərk etmək fikrində olmadığını bildirib.
Hürr Tərcüman