Zurabişvili yenidən prezident olmaq istəyir
2024-09-10 17:28:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili yenidən seçilməyə hazır olduğunu söyləyib. O, Gürcüstanın Avropaya inteqrasiya olunması istiqamətində səy göstərmək niyyətindədir.
Zurabişvili Fransanın "Le Figaro" qəzetinə müsahibəsində hakim "Gürcüstan arzusu" partiyasını ölkəni avropadan ayırıb Rusiya istiqamətinə meylləndirməkdə ittiham edib.
Hürr Tərcüman