Əfqanıstan Pakistanla müharibə astanasında - "Taliban" hücuma keçdi
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanın Müdafiə Nazirliyi Pakistanın aviazərbələrnə cavab olaraq, taliblərin Pakistanın sərhəd xəttinin yaxınlığında yerləşən hərbi bazalarını atəşə tutduqlarını bildirib. Bu barədə açıqlamanı "Taliban" hərəkatının qurduğu hökumətin Müdafiə Nazirliyinin təmsilçisi İnayətulla Xarəzmi verib.
Xəbər verdiyimiz kimi, Pakistanın Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında Əfqanıstanda yerləşən "Pakistan talibləri hərəkatı"nın (Təhriki Taliban Pakistan) sığınacaqlarına aviazərbələr endirib.
Pakistan HHQ bu əməliyyatı "Pakistan talibləri hərəkatı"nın silahlılarının martın 16-da Pakistanın Silahlı Qüvvələrinin Mir Əli şəhərindəki (Xeybər Paxtunxva vilayəti) bazasına hücumuna cavab olaraq keçirib. Həmin hücum nəticəsində 7 nəfər pakistanlı hərbçi həlak olmuşdu.
Hürr Tərcüman