📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa kəşfiyyatı Ermənistana nə təklif edib?

2024-02-27 14:43:08

Fransa kəşfiyyatı Ermənistana nə təklif edib?

Ermənistan "dost" dediyi İrana da güvənmir?
Hurriyyet.az xəbər verir ki, Nikol Paşinyanın ailəsinə məxsus "Armtimes" qəzeti Fransanın kəşfiyyat xidməti ilə Ermənistanın Milli Təhlükəsizlik Xidməti arasıdakı razılaşmadan yazıb. Razılaşmaya görə, Fransa ilə Ermənistan arasında dörd ölkə -  Azərbaycan, İran, Rusiya və Türkiyə barəsində kəşfiyyat məlumatı mübadiləsi olacaq.
Həmçinin, Paris İrəvana Ermənistanın sərhədləri boyunca mövcud olan hərbi-siyasi vəziyyətlə bağlı peyk məlumatlarını da ötürəcək. 
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl rusiyalı hərbi ekspet İqor Korotçenko da Fransanın Ermənistana Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarını ötürəcəyini bildirmişdi.
Hürr Tərcüman