📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa müqavimət göstərir: “Ordumuz Nigerdən çıxarılmayacaq”

2023-08-04 18:04:00

Fransa müqavimət göstərir: “Ordumuz Nigerdən çıxarılmayacaq”

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Paris Niger dövlətinin Fransa ilə razılaşmaları ləğv eləmək qərarını tanımaqdan imtina edib.

Fransa XİN-in açıqlamasında deyilir: “Fransanın Nigerlə müdafiə müqavilələrinin hüquqi çərçivəsi Nigerin legitim hakimiyyəti ilə əldə edilmiş razılaşmalara əsaslanır”. Bəyanatda qeyd edilir ki, yalnız ölkənin qanuni rəhbəri ikitərəfli hərbi saziləri ləğv edə bilər və devrilmiş Prezident Məhəmməd Bazmun iqtidarı “Fransanın və beynəlxalq ictimaiyyətin tanıdığı yeganə hökumətdir”.

Nigerdə təqribən 1,5 min nəfərə qədər Fransa hərbçisi qalmaqdadır. Fransanın Baş Qərargahının açıqlamasına görə, hazırda Nigerdə yerləşdirilmiş hərbçilərin təxliyəsi planlaşdırılmır.

Xəbər verdiyimiz kimi, Nigerdə hakimiyyətə gəlmiş qiyamçılar Fransa hərbi birləşmələrinin ölkədə yerləşdirilməsi və cihadçılara qarşı mübarizədə iştirak edən hərbi personalın statusu ilə bağlı Fransa ilə hərbi razılaşmaları ləğv ediblər.

Hürr Tərcüman