Fransa Nigerə hərbi müdaxiləyə hazırlaşır?
2023-08-01 10:25:00
Hurriyyet.az xəbər verir ki, Fransanın Xarici İşlər naziri Katrin Kolonna BFMTV kanalına müsahibəsində Fransanın Nigerə hərbi müdaxiləyə hazırlaşmadığını, ölkədə Konstitusiya nizamının bərpa ediləcəyinə inandığını bəyan edib.
Kolonna Nigerdəki qiyamçıların Fransanın hərbi müdaxiləyə hazırlaşdığı barədə bəyanatını şərh edərkən deyib: “Biz bunu qətiyyətlə inkar edirik, bu, yalandır”.
Xəbər verdiyimiz kimi, ölkədə hərbçilər hakimiyyəti ələ keçirdikdən sonra Niger Fransaya uran və qızıl ixracını təcili şəkildə dayandırıb.
Hürr Tərcüman