📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Hürriyyət”in kollektivindən Fərid Əhmədova növbəti müraciət -MİNNƏTDARLIQ VƏ DAHA BİR XAHİŞ

2026-09-22 12:29:05

“Hürriyyət”in kollektivindən Fərid Əhmədova növbəti müraciət -MİNNƏTDARLIQ VƏ DAHA BİR XAHİŞ

“Hürriyyət” qəzetinin kollektivi Ədliyyə naziri Fərid Əhmədova növbəti dəfə müraciət edib. Hurriyyet.media həmin müraciəti olduğu kimi dərc edir:

"Cənab Nazir!

Öncə ötən müraciətimizə operativ reaksiya verdiyiniz üçün “Hürriyyət” qəzetinin kollektivi adından Sizə təşəkkür edirik.

Əvvəlki, müraciətimizdə də qeyd etdiyimiz kimi, “Hürriyyət” qəzetinin hazırda həbsdə olan baş redaktoru Vüqar Məmmədovun sağlıq durumunda ciddi problem yaranmışdır. Sizə müraciətimizdən dərhal sonra Baş redaktor özəl tibb müəsisələrinin birinə köçürülərək, orada “anju” (anjuqrafiya) olunmuş və həkim tərəfindən müalicə prosesi başladılmışdır.

Bununla belə,həbsdə olduğu müddətdə Vüqar Məmmədovun qarın boşluğunda yırtıq əmələ gəldiyindən həkimlərin məsləhəti ilə onun təcili olaraq əməliyyata ehtiyacı var.

Cənab Nazir!

Sizdən xahişimiz odur ki, sağlıq durumu günbəgün ağırlaşan, təcili əməliyyata ehtiyacı olan Vüqar Məmmədovun özəl tibb müəsisəsinə çıxarılaraq, şəxsi vəsaiti hesabına əməliyyat edilməsinə göstəriş verəsiniz.

Sizə öncədən kollektivimiz adından minnətdarlığımızı çatdırırıq".

Hurriyyet.media